SON XƏBƏRLƏR

"Traktor"un yeni baş məşqçsi seçildi

2026.02.17, 15:09
"Traktor"un yeni baş məşqçsi seçildi

Xrovatiyalı baş məşqçi Draqan Skoçiçin "Traktor" futbol komandasından ayrılmasından dərhal sonra, Məhəmməd Rəbiyi Təbriz təmsilçisinin yeni baş məşqçisi təyin edilib.

Gunaz.tv

Bu barədə "Traktor" dman Klubu məlumat yayıb.

"Klubun maliki Məhəmmədrza Zunuzi Skoçiçlə əməkdaşlığını kəsdikdən dərhal sonra yeni baş məşqçi seçib. O, Məhəmməd Rəbiyi ilə razılığa gəlib və məşqçi sabah "Traktor" komandası ilə birgə "Əl-Ğurafə" ilə qarşılaşmaq üçün Qətərə yola düşəcək",- məlumatda bildirilib.

Qeyd edək ki, bu gün səhər klubun baş məşqçisi Draqan Skoçiçin öz istəyi ilə postundan ayrıldığı açıqlanmışdı.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar