SON XƏBƏRLƏR

İsrailin 12-ci kanalı: Tramp Yaxın Şərqdə böyük hərbi əməliyyat başlatmağa hazırlaşır

2026.02.18, 22:19
İsrailin 12-ci kanalı: Tramp Yaxın Şərqdə böyük hərbi əməliyyat başlatmağa hazırlaşır

Məlumatlara görə, ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdə genişmiqyaslı müharibəyə başlamaq barədə əmr verməyə çox yaxınlaşıb.

Gunaz.tv

Mənbələrin bildirdiyinə görə, bu müharibə ABŞ ictimaiyyətinin düşündüyündən daha böyük ola bilər.

İvritdilli N12-in yaydığı xəbərə əsasən, ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı məhdud zərbə olmayacaq, əksinə, həftələrlə davam edə biləcək genişmiqyaslı hərbi kampaniya xarakteri daşıya bilər. Bu əməliyyatın ötən ay Venesuelada həyata keçirilən məhdud əməliyyatdan daha böyük və faktiki olaraq tammiqyaslı müharibəyə bənzəyəcəyi bildirilir.

Mənbələr qeyd edir ki, planın ABŞ və İsrailin birgə iştirakı ilə həyata keçirilməsi ehtimalı yüksəkdir və onun miqyası ötən ilin iyununda baş vermiş 12 günlük müharibədən də geniş ola bilər. Həmin müharibədə ABŞ sonradan qoşularaq İranın yeraltı nüvə obyektlərini hədəfə almışdı.

Mənbələrin fikrincə, belə bir müharibə bütün Yaxın Şərq regionuna ciddi təsir göstərə və Trampın prezidentlik müddətinin qalan illərinə də mühüm təsir edə bilər.

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar