SON XƏBƏRLƏR

İranda öldürülən etirazçıların 40 mərasimləri keçirilib

2026.02.19, 16:23
İranda öldürülən etirazçıların 40 mərasimləri keçirilib

İranda ötən ay hökumətə qarşı etirazlarda öldürülənlərin 40 mərasimləri keçirilir. 

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat və vieolar paylaşıblar.

Yas mərasimlərində iştirak edənlər hökumət əleyhinə şüarlar səsləndiriblər.

Bildirilib ki, son günlər ölkənin müxtəlif yerlərində kiçik nümayişlər keçirilir, dini rejimə qarşı şüarlar səslənib. Təhlükəsizlik qüvvələri onların qarşısını almağa çalışıb, bəzi hallarda izdihamı atəş açmaqla dağıdıb.

Paytaxt Tehranda, Şiraz, Abdanan, Buşehr, Çalus və Nəcəfabadda kiçik etirazların keçirildiyi görünür.
Bəzi şəhərlərdə təhlükəsizlik qüvvələri etirazların daha geniş nümayişlərə çevrilməsinin qarşısını alıb. İranlılar yollarda postlar qurulduğunu, polis və yarımhərbi qüvvələrin yerləşdirildiyini, internetin fasilələrlə kəsildiyini bildirirlər.

"Hər ölünün arxasında min nəfər dayanır". Tehranın Behişti-Zəhra qəbiristanlığından yayılan videoda etirazçıların bu şüarı səsləndirdiyi eşidilir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar