SON XƏBƏRLƏR

İran məhkəməsi britaniyalı cütlüyü ağır həbs cəzasına məhkum etdi

2026.02.20, 09:59
İran məhkəməsi britaniyalı cütlüyü ağır həbs cəzasına məhkum etdi

Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi britaniyalı cütlük Krig Formen və həyat yoldaşı Lindsi Formen barəsində 10 il həbs qərarı verib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, cütlük "casusluq"da günahlandırılıb.

Onların mühkiməsi zamanı vəkillə təmin olunmadıqları, qısa sürən məhkəmə iclasında heç bir sübut təqdim edilmədiyi və müttəhimlərin özünü müdafiəsinə icazə verilmədiyi bildirilib.

Qeyd edək ki, motosikletlə dünya turuna çıxan Krig və Lindsi Formen ötən ilin yanvar ayında İranın Kirman əyalətindən keçdikləri vaxt saxlanılıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar