SON XƏBƏRLƏR

İranda daha 48 nəfər həbs edildi

2026.02.20, 10:56
İranda daha 48 nəfər həbs edildi

İranda etiraz aksiyalarının yatırılmasından sonra repressiyaların davamında bir neçə şəhərdə daha 48 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə İran televizyası məlumat yayıb.

Onlar aksiyalara rəhbərlik etməkdə, məscidləri yandırılmaqda və ümumi əmlaka ziyan vurmaqda günahlandırılıblar.

Saxlanılanlardan 2 odlu silah, 3 ov tüfəngi, 38 soyuq silah və sursat aşkarlanaraq götürüldüyü bildirilib.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlaandan bu günə kimi  53 mindən çox şəxs həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar