SON XƏBƏRLƏR

Lazım olan addımları atmağa hazırıq-  Təxt Rəvançi

2026.02.25, 11:16
Lazım olan addımları atmağa hazırıq-  Təxt Rəvançi

İran ABŞ ilə razılığa gəlmək üçün bütün lazımi addımları atmağa hazırdır.

Gunaz.tv

Bunu İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi deyib. 

Tehran və Vaşinqton arasında danışıqların üçüncü raundu ərəfəsində Amerikanın "NPR" (National Public Radio ) kanalına müsahibə verən nazir müavini, ABŞ-ın İrana qarşı hər hansı bir hücumunun "əsl qumar" olduğunu bildirib və əlavə edib ki, Tehran Vaşinqtonla ən qısa zamanda razılığa gəlməyə hazırdır.

İranın danışıqların üçüncü raundunu İsveçrənin Cenevrə şəhərində "tam dürüstlük və xoşməramlılıqla" keçirəcəyini bildirən Təxt Rəvançi, "bu xoşməramlılıq və müsbət yanaşma"nın amerikalılar tərəfindən yaxşı qarşılanacağına ümid etdiyini bildirib.

O, ABŞ-ın mümkün hücumu ilə bağlı sualı da cavablandırıb:

"Müdafiə planımıza uyğun olaraq cavab verəcəyik. Hər kəs bilməlidir ki, müharibəyə başlamaq mümkündür, ancaq ona son qoymaq asan deyil".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar