SON XƏBƏRLƏR

Türkiyə İran-ABŞ münaqişəsi halında atılacaq addımları dəyərləndirir – Reuters

2026.02.25, 14:23
Türkiyə İran-ABŞ münaqişəsi halında atılacaq addımları dəyərləndirir – Reuters

Türkiyə qonşu İran ilə ABŞ arasında gərginliyin münaqişəyə çevriləcəyi təqdirdə atıla biləcək addımları nəzərdən keçirir.

Gunaz.tv

Bu barədə türkiyəli diplomatik mənbə "Reuters" agentliyinə bildirib.

İranla sərhədi olan NATO üzvü Türkiyə İrana qarşı hərbi müdaxiləyə qarşı olduğunu və regionda sabitsizlik istəmədiyini bəyan edib. Ankara gərginliyin azaldılması üçün hər iki tərəflə təmasda olduğunu və problemlərin diplomatik yolla həllinə çağırdığını bildirib.

Adının açıqlanmasını istəməyən mənbə deyib: “Təbii ki, mənfi inkişaf baş verəcəyi halda görülə biləcək tədbirlərin bütün aspektləri qiymətləndirilir.”

“Bütün ssenarilər nəzərdən keçirilir və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün atıla biləcək addımlar üzərində işlənir,” – deyə o əlavə edib. Eyni zamanda vurğulanıb ki, “İranın suverenliyini pozacaq” hər hansı addım “qətiyyən gündəmdə deyil”.

Mənbə Türkiyənin hansı konkret tədbirləri dəyərləndirdiyi barədə təfərrüat verməyib.

Qeyd edək ki, Bundan əvvəl Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi Ankaranın mümkün qaçqın axınının qarşısını almaq üçün İran ərazisinə daxil olmağı planlaşdırdığı barədə mediada yayılan məlumatları təkzib etmişdi.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar