SON XƏBƏRLƏR

Tehranda yaponiyalı jurnalist həbs edilib

2026.02.26, 09:19
Tehranda yaponiyalı jurnalist həbs edilib

Yaponiyanın NHK radio və televiziya şəbəkəsinin İrandakı ofisinin rəhbəri Şinoske Kavaşima həbs olunaraq Evin həbsxanasının 7-ci bölməsinə köçürülüb.

Gunaz.tv

Məlumata görə, İranda etiraz aksiyalarının yatırılmasından sonra yanvarın 20-də saxlanılan yaponiyalı media nümayəndəsi, fevralın 23-də həbsxanaya göndərilib.

Onun həbs səbəbi və ittihamları barədə məlumat verilməyib.

Fevralın 25-də isə Yaponiya Nazirlər Kabineti Baş katibinin müavini Masanao Ozaki, jurnalistin həbs xəbərini təsdiq edib:

"Hökumət saxlanılan şəxs və onun ailə üzvləri ilə əlaqə saxlayır və lazımi dəstəyi göstərir. Lakin Yaponiya rəsmilərinə şəxsən görüşməyə icazə verilməyib".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar