SON XƏBƏRLƏR

Zənginləşdirmənin dayandırılması qəbuledilməzdir!- Xatəmi

2026.02.27, 16:46
Zənginləşdirmənin dayandırılması qəbuledilməzdir!- Xatəmi

İranda bəyan ediblər ki, uranın zənginləşdirilməsi dayandırılmayacaq.

Gunaz.tv

Bunu Tehranın cümə imamı Əhməd Xatəmi deyib.

İslam Respublikası heç vaxt uranın zənginləşdirilməsini dayandırılması ilə razılaşmayacaq. Zənginləşdirmənin dayandırılması məsələsini qaldırmaq qəbuledilməzdir",- o bildirib.

ABŞ prezidenti Donald Trampı “müasir firon” adlandıran Xatəmi, onun baxışlarını zor gücü ilə qəbul etdirməyə çalışdığını deyib.

Xatəminin bu iddiası, İran xarici işlər naziri Abbas Əraqçının və başqa rəsmilərin Tehranın uranın zənginləşdirilməsini münimuma endirməyə razı olduğu barədə açıqlamalarından sonraya təsadüf edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar