SON XƏBƏRLƏR

Canlı yayım dayandırıldı; İran dövlət televiziyasının əsas binası hədəfə alındı

2026.03.01, 23:13
Canlı yayım dayandırıldı; İran dövlət televiziyasının əsas binası hədəfə alındı

Gunaz.tv

Tehranda İran dövlət televiziya və radio qurumunun (IRIB) mərkəzi binasının bir hissəsi bazar günü axşam saatlarında zərbəyə məruz qalıb. Hadisə xəbər kanalının canlı yayımı zamanı baş verib və bir neçə dəqiqə sonra efir tamamilə kəsilib.

Məlumatına görə, dövlət televiziyası binanın müəyyən hissələrinin hədəfə alındığını təsdiqləyib. Canlı yayım zamanı aparıcı “obyektin hücuma məruz qaldığını” bildirib, lakin qısa müddət sonra görüntü dayanıb.

Yerli mənbələr hadisə yerinə yaxın ərazidə tüstü qalxdığını yazır. Rəsmi qurumlar itkilər və ziyanın miqyası barədə hələlik açıqlama verməyib.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar