SON XƏBƏRLƏR

İranın yeni lideri seçilməyib- Altı namizədin kimliyi açıqlandı

2026.03.04, 11:29
İranın yeni lideri seçilməyib- Altı namizədin kimliyi açıqlandı

Ekspertlər Məclisi (Xobreqan) yeni dini liderin seçilməsi ilə bağlı müxtəlif variantlar üzərində düşünür.

Gunaz.tv

Bu barədə İranın SEPAH-la əlaqəli media orqanı olan “Saberin Nyus” sosial media kanalı İranın "khabarfoori" xəbər saytı məlumat yayıb.

"Ekspertlər Məclisinin iclasının nəticəsi ilə bağlı hər hansı bir xəbər tamamilə yalandır. Alınan son xəbərlərə əsasən, heç bir iclas keçirilməyib",- məlumatda bildirilib.

Qeyri-rəsmi məlumatlara görə isə, Ekspertlər Məclisi tərəfindən nəzərdən keçirilən şəxslər Əlirza Ərafi, Seyid Haşim Hüseyni Buşehri, Həsən Xomeyni, Həsən Ruhani, Müctəba Xamənei və Sadiq Ərdəşir Laricanidir.

Qeyd edək ki, bundan əvvəl Ekspertlər Məclisinin Müctəba Xaməneini İranın növbəti lideri seçdiyi barədə məlumatlar yayılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar