The Jerusalem Post:
Bunu GünazTV-nin təsisçisi və ABŞ-da yaşayan siyasi fəal Əhməd Obalı İsrailin baş naziri Benyamin Netaniyahuya ünvanladığı müraciətində bildirib. Qeyd edək ki, müraciət nüfuzlu "Jerusalem Post" qəzeti vasitəsilə ünvanlanıb.
O, Güney azərbaycanlıların da sivil xalqlar kimi azadmillətlər ailəsinə və mədəni dünyaya qoşulmaq istədiklərini qeyd edib:
"Qeyri-zorakı bir hərəkat olaraq hüquqlarımız təkcə tanınmamalı, eyni zamanda demokratik ölkələr tərəfindən dəstəklənməlidir. İranda yüz ildir diktatorluq tərəfindən idarə edilən xalqımız demokratik cəmiyyətə layiqdir. Biz bir diktaturanı başqa bir diktaturayla əvəz etmək istəmirik. Güney Azərbaycan xalqı azad xalqlar ailəsinə qoşulmaq istəyir və dünyanın bütün ölkələri ilə, o cümlədən dost hesab etdiyi İsraillə mehriban münasibətlər qurmaq niyyətindədir".
Obalı azərbaycanlların yəhudulərlə yüz illər boyu mehriban və birgəyaşayış məsələsinə də diqqət çəkib, gələcəkdə bunun daha da dərinləşməsinin mümkünlüyünü vurğulayıb:
"Azərbaycanlılarla yəhudi xalqı arasında uzunmüddətli dostluq tarixi var. Azərbaycanlılar və yəhudilər Qafqaz bölgəsində əsrlər boyu sülh şəraitində birgə yaşayıblar. İsrail ilə Quzey Azərbaycan arasındakı münasibətlər dostluq xarakteri daşıyır. Buna görə də Güney azərbaycanlılar Quzeydəki soydaşlarının yolunu davam etdirərək İsraillə güclü dostluq əlaqələri qurmaqda maraqlıdırlar".
Siyasi fəal, İsrailin Güney azərbaycanlılara diqqət yetirməsinin vacib tərəflərini xatırladıb, bunun hər iki xal,q həm də İranda yaşayan başqa etniklər üçün faydalı olacağını bildirib.
O, eyni halda gələcəkdə Güney Azərbaycanın geosiyasi əhəmiyyətinə görə bir çox ölkənin diqqət mərkəzində olan "İbrahim razılaşmassazişi"nə qoşulmasının sülh və sabitliyin təmini üçün töhfə verəcəyini də qeyd edib:
"Bu baxımdan, İsrailin baş nazirinin yəhudi xalqı ilə tarixən möhkəm əlaqələri olan bir etnik qrupun Tehran hakimiyyətinə qarşı mübarizəsində dəstək verməsi məqsədəuyğundur. Həmin etnik qrupun seçimi ilə qurulacaq demokratik sistem İranda yaşayan bütün etnik qrupların hüquqlarına hörmət edəcək. Azad və müstəqil Güney Azərbaycan “İbrahim sazişi”nə qoşulmaq və yəhudi dövlətinin strateji tərəfdaşı olmaq potensialına malikdir".
Güney Azərbaycan Televizyasının rəhbəri
Keçmişdə televiziya verilişində Güney Azərbaycan sakinlərini canlı efirə qoşaraq İsrail barədə fikirlərini bildirməyə dəvət etdiyini xatırladıb, onların İsrailə qarşı münasibətlərinin dostca olduğuna diqqət çəkib:
"Sual belə idi: İsraili dost ölkə hesab edirsiniz, yoxsa düşmən? Təxminən iki saat ərzində Güney Azərbaycanın müxtəlif şəhərlərindən 50 canlı zəng qəbul etdik. Suala açıq şəkildə müsbət cavab verməyin onlar üçün ciddi risk törətməsinə baxmayaraq, zəng edənlərin əksəriyyəti İsraili dəstəklədiklərini bildirdi. Heç kəs İsrailə qarşı mənfi mövqe sərgiləmədi. Balansı qorumaq üçün əks fikirləri də eşitmək istədiyimi bildirdim, Ancaq bir nəfər Güney azərbaycanlı belə İsrail əleyhinə fikir səsləndirmədi. Müsahibə apardığım şəxslər təkcə İsraili dəstəkləməklə qalmadılar, eyni zamanda İsraili qardaş adlandırdılar. SEPAH-ın ciddi nəzarəti şəraitində İsraillə qarşı çıxışların olmaması diqqətçəkicidir.
Buna görə də İranın gələcəyi müzakirə olunarkən Güney Azərbaycan xalqının mövqeyi nəzərə alınmalıdır".
Qaynaq: https://www.jpost.com/opinion/article-888630
Günaz TV