SON XƏBƏRLƏR

İranlı islahatçılar bəyanat yaydı- Yeni rəhbər belə olmalıdır...

2026.03.06, 14:19
İranlı islahatçılar bəyanat yaydı- Yeni rəhbər belə olmalıdır...

Yeni rəhbərliyin seçilməsi İslam Respublikasına qarşı mənfi təbliğatı dağıda və dünyaya sülh və dostluq mesajı çatdıra bilər.

Gunaz.tv

Bu, İran İslahat Cəbhəsinin yaydığı bəyanatda bildirilib.

Bəyanatda millətin fundamental hüquqlarına hörmətlə yanaşmağın, əlləri qana batmamış insanlar ümumi əfv elan etməyin və bütün siyasi məhbusların və vətəndaş fəallarının azadlığa buraxılmasının milli və tarixi zərurət olduğu vurğulanıb.

Qeyd edək ki, İran İslahat Cəbhəsidə keçmiş bir çox nüfuzlu siyasətçilər və keçmiş rəsmilər təmsil olunur.

Cəbhə, keçmiş prezidentlər Məhəmməd Xatəmi, Həsən Ruhani və hazırkı prezident Məsud Pezeşkiana da yaxındır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar