SON XƏBƏRLƏR

SEPAH Pezeşkiana tabe olmadı - BƏƏ-yə zərbələr endirdi

2026.03.07, 12:03
SEPAH Pezeşkiana tabe olmadı - BƏƏ-yə zərbələr endirdi

İran ordusu BƏƏ-nin paytaxtı Əbu-Dabiyə yenidən zərbələr endirib.

Gunaz.tv

Bu barədə Teleqram kanallarında görüntü paylaşılıb.

Bu, İran Prezidenti Məsud Pezeşkanın raket və dron zərbələrinə görə qonşu ölkəərdən üzr istəməsindən sonra baş verib.

Pezeşkian ərazilərindən İrana hücum edilməyəcəyi təqdirdə qonşu ölkələrə zərbə endirilməyəcəyinə söz vermişdi.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın lideri Əli Xamənei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir. Tehran Körfəz ölkələrindəki mülki obyektləri də vurur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar