SON XƏBƏRLƏR

Amerika ilə diplomatiya üçün yer yoxdur – Xərazi

2026.03.10, 10:19
Amerika ilə diplomatiya üçün yer yoxdur – Xərazi

Artıq ABŞ ilə diplomatiya üçün yer yoxdur.

Gunaz.tv

Bunu İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi deyib.

“İran ordusu uzunmüddətli müharibəyə hazırdır”, - o bildirib.

Bununla eyni vaxtda İranın xarici işlər naziri Abbas Əraqçı da Amerika ilə danışıqların gündəmdə olmadığını bildirib:

"Hamımız onun (Xamənei- red) çıxışlarını və şərhlərini gözləyirik, bu çıxışlar sonradan ediləcək. Ancaq düşünmürəm ki, amerikalılarla danışıqlar məsələsi müzakirə olunsun, çünki amerikalılarla danışıqlar məsələsində çox acı təcrübələrimiz var".

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar