SON XƏBƏRLƏR

Dubaydan iranlılara gözlənilməz qərar

2026.03.11, 21:19
Dubaydan iranlılara gözlənilməz qərar

Gunaz.tv

Dubayda yaşayan iranlı mənbələr bu əmirlikdə iranlılara məxsus farsdilli məktəblərin fəaliyyət icazələrinin ləğv ediləcəyi barədə məlumat verirlər.

Məlumatlı bir mənbənin sözlərinə görə, Dubay hökuməti Birləşmiş Ərəb Əmirliklərinin bu hissəsində fəaliyyət göstərən bütün İran məktəblərinin lisenziyalarını ləğv edir və bu prosesin 25 esfənd tarixinə qədər tamamlanması planlaşdırılır.

Eyni zamanda, Dubaydakı farsdilli Tohid məktəbinin direktoru özünün instaqram səhifəsinin hekayə bölməsində paylaşdığı mesajda bu təhsil mərkəzinin təxminən 60 illik fəaliyyətindən sonra bağlanacağını bildirib.

Tohid məktəbi Dubaydakı iranlı icmasının köhnə təhsil müəssisələrindən biri hesab olunurdu və uzun illər bu şəhərdə yaşayan iranlı ailələrin uşaqlarına təhsil verirdi.

Bu hadisələr İran və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin müharibənin başlaması, eləcə də Əmirliyin müxtəlif bölgələrinə dron və raket hücumlarından sonra ciddi şəkildə gərginləşdiyi bir vaxtda baş verir.
 

GünAzTV
R,G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar