SON XƏBƏRLƏR

Təsnim yenə də saxta xəbər yaydı

2026.03.16, 09:51
Təsnim yenə də saxta xəbər yaydı

Gunaz.tv

Hökumətə bağlı Təsnim xəbər agentliyi, dəfələrlə görüntüləri və videoları manipulyasiya etməsi, yanıltıcı məlumatlar yayması səbəbindən tənqid olunmuşdu, bu dəfə isə bir Hindistanlı jurnalist barədə xəbəri təhrif olunmuş formada yayımladı.

Təsnim, Aditya Raj Kaul adlı Hindistanlı jurnalistin Binyamin Netanyahu-nun İranın raket hücumundan sonra Beit Shemesh şəhərinə etdiyi səfər barədə reportajını yayımlayarkən iddia etdi ki, jurnalist Netanyahu-nun evinin yerini açıqladıqdan sonra həbs olunub.

Təsnim yazdı: «Hindistanlı jurnalist, Netanyahu-nun evinə hücum yerini açıqlayıb və dağıdılmış evini göstərmişdi, həbs edildi.»

Bu iddia əslində yanlışdır. Jurnalistin orijinal reportajında o, yalnız İran raketlərinin zərər vurduğu Beit Shemesh şəhərinin müəyyən bir hissəsini ziyarət etdiyini və heç bir şəkildə Netanyahu-nun evi və ya yaşayış yerinə dair məlumat vermədiyini qeyd edir.

Əsl reportajın təhlili göstərir ki, jurnalist yalnız zərər görmüş ərazidən reportaj hazırlayıb və baş nazirin yaşayış yerini açıqlamayıb.

Aditya Raj Kaul da Təsnim xəbərinin sosial şəbəkələrdə yayımlanmasından sonra bu iddiaya reaksiya verərək onu «saxta xəbər» nümunəsi kimi qiymətləndirdi.

Bu cür xəbərlər İran bağlı mediada dəfələrlə yayımlandığı üçün, görüntü manipulyasiyaları və yanıltıcı reportajlar səbəbindən müstəqil media müşahidəçiləri tərəfindən tənqid edilmişdir.

 

GünAzTV
R.G


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar