SON XƏBƏRLƏR

İsfahanda SEPAH və ordunun bazaları vurulub

2026.03.16, 09:33
İsfahanda SEPAH və ordunun bazaları vurulub

İsrailin zərbəsi nəticəsində İranın İsfəhandakı əsas ordu aviasiyası bazası məhv edilib.

Gunaz.tv

Hava hücumu nəticəsində İsfəhandakı 4-cü ordu aviasiyası bazası (Həvaniruz) tamamilə sıradan çıxarılıb.

Hücum nəticəsində həm hərbi məqsədlər, həm də təbii fəlakətlər zamanı istifadə olunan 36 “Chinook”, 40 “Cobra” və 45 “Bell 214” daxil olmaqla bütün helikopter parkı məhv edilib.

İran mənbələri qeyd edir ki, hələ şah rejimi dövründə alınan bu texnika mərkəzi İranda hərbi və qeyri-hərbi əməliyyatlarının əsasını təşkil edirdi.

Bununla yanaşı İsfahanda SEPAH bazalarına daABŞ tərəfindən aviazərbə endirilib.

Bildirilib ki, ABŞ-ın İsrailin İran səmasındakı hava üstünlüyü o səviyyəyə çatıb ki, bombardmançı təyyarələr aşağı hündürlükdə və birbaşa hədəflərin üzərində uçurlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar