SON XƏBƏRLƏR

Təbrizdə partlayışlar olub- Dövlət məmuru öldürülüb

2026.03.23, 11:39
Təbrizdə partlayışlar olub- Dövlət məmuru öldürülüb

Bu gün səhər saatlarında  Təbrizdə bir neçə partlayış səsi eşidilib. 

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Partlayışların Nəsr ərazisi, Şəhid Merati meydanı və Əbrişam binası yaxınlığında baş verdiyini bildirilib.

Başqa bir partlayışın isə Abbasi küçəsi istiqamətində meydana gəldiyi qeyd olunub.

Məlumatlara görə, Nəsr bölgəsində çoxmərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən mənzilə məqsədli dron hücumu edilib.

Hücumun mənzildə yaşayan dövlət məmuruna qarşı edildiyi bildirilsə də, onun kimliyi barədə hələlik məlumat əldə etmək mümkün olmayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar