SON XƏBƏRLƏR

WSJ: Körfəz ölkələri İrana qarşı müharibədə daha böyük rol oynamaq məsələsini nəzərdən keçirir

2026.03.24, 10:30
WSJ: Körfəz ölkələri İrana qarşı müharibədə daha böyük rol oynamaq məsələsini nəzərdən keçirir

Ərəb Körfəzi ölkələrinin hökumətləri Irana qarşı aparılan hərbi əməliyyatlara dəstəyi artırmağa doğru addımlar atır.

Gunaz.tv

Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata görə, Səudiyəə Ərəbistanı və BƏƏ kimi ölkələr İranın regiondakı enerji infrastrukturlarına və gəmiçilik marşrutlarına hücumlarından sonra münaqişədə iştiraklarını genişləndirə biləcək addımlar atıblar.

Bildirilir ki, Səudiyyə Ərəbistanı ABŞ qüvvələrinə müharibə ilə bağlı əməliyyatları dəstəkləyə biləcək mühüm bir hava bazasından istifadə etməyə icazə verib. BƏƏ isə ölkə daxilində İranla əlaqəli maliyyə və kommersiya şəbəkələrinə qarşı tədbirlər görməyə başlayıb.

Bu addımlar hələlik birbaşa hərbi iştirak demək olmasa da, hesabat göstərir ki, Vaşinqtonun regiondakı tərəfdaşları münaqişə davam etdikcə tədricən daha fəal mövqe tuturlar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar