SON XƏBƏRLƏR

ABŞ və İsrail komandirlərinin İrana qarşı gizli görüşü

2026.03.30, 10:41
ABŞ və İsrail komandirlərinin İrana qarşı gizli görüşü

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, CNN İsrail təhlükəsizlik mənbəsinə istinadən xəbər verib ki, ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri İsrailin yüksək rütbəli hərbi rəhbərləri ilə İran rejiminə qarşı addımlar barədə görüş keçirib.

Məlumata əsasən, admiral Brad Cooper, 29 mart 2026-cı il tarixində İsraildə Eyal Zamir və digər yüksək vəzifəli hərbi rəsmilərlə görüşüb.

Mənbənin bildirdiyinə görə, görüşün əsas mövzusu “İrana qarşı müharibə və İranın hərbi-sənaye obyektləri ilə silah istehsalının dayandırılması istiqamətində səylər” olub.

CNN vurğulayıb ki, danışıqlar “İranın hərbi-sənaye obyektlərinə qarşı növbəti addımlar” üzərində cəmlənib və bu görüş ABŞ və İsrailin İran rejiminin təhdidlərinə qarşı davam edən koordinasiyasının bir hissəsidir.

Bu görüş regionda gərginliyin yüksək olaraq qaldığı və Pentaqonun İran rejiminə qarşı mümkün əməliyyata hazırlaşdığı barədə məlumatların yayıldığı bir vaxtda baş tutub.

Görüşün əhəmiyyətinə baxmayaraq, danışıqların detalları açıqlanmayıb, lakin İsrail mənbələri bunu Vaşinqton və Təl-Əviv arasında “yaxın strateji koordinasiya” kimi qiymətləndirib.

 

Gunaz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar