SON XƏBƏRLƏR

İran: Parlament NPT-dən çıxma məsələsini nəzərdən keçirir

2026.03.30, 14:20
İran: Parlament NPT-dən çıxma məsələsini nəzərdən keçirir

İranın Xarici İşlər Nazirliyi bildirib ki, ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxması məsələsi parlamentdə nəzərdən keçirilir.

Gunaz.tv

Nazirliyin sözçüsü İsmayıl Bəqayi bu razılaşmada qalmağın faydasını sual altına qoyaraq bildirib:
“Bəzi güclər bu sazişin hüquq və üstünlüklərindən istifadə etməyimizə imkan vermədiyi halda onun tərkibində qalmağın nə faydası var?”

O əlavə edib ki, İran heç vaxt nüvə silahı əldə etməyə çalışmayıb və kütləvi qırğın silahlarına qarşı aydın mövqeyini qoruyur.

NPT nüvə silahlarının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədilə istifadəni təşviq etmək və nüvə silahsızlanmasını irəlilətmək məqsədi daşıyan qlobal razılaşmadır. İran bu müqavilənin imzaçı ölkələrindən biridir. Ancaq buna baxmayaraq İran öz nüvə proqramı ilə uranı nüvə həddində zənginləşdirmişdi.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar