SON XƏBƏRLƏR

Türkiyə: İran və ya Livana görə müharibəyə qoşulmayacağıq (Foto)

2026.03.31, 00:48
Türkiyə: İran və ya Livana görə müharibəyə qoşulmayacağıq (Foto)

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə bağlı Dezinformasiya ilə Mübarizə Mərkəzi sosial mediada yayılan “Türkiyənin İranın xeyrinə müharibəyə qoşulacağı” və ya “Livanaya hərbi müdaxilə edəcəyi” ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.

Qurumun bəyanatında deyilir: “Bəzi sosial media paylaşımlarında Türkiyənin İranın yanında müharibəyə qoşulacağı və ya Livanda hərbi müdaxilə edəcəyi barədə yayılan məlumatlar doğru deyil.”

Mərkəz vurğulayıb ki, Türkiyə müharibənin tərəfdarı deyil və onun mövqeyi gərginliyin azaldılması və bölgədə sülhün təmin olunmasına yönəlib.

Bəyanatda qeyd olunur: “Prezident Recep Tayyip Erdoğan rəhbərliyi ilə rəsmi Ankara hücumların dərhal dayandırılması, müharibənin genişlənməsinin qarşısının alınması və bölgədə sabitliyin bərpası üçün intensiv diplomatik səylər göstərir.”

Qurum həmçinin bildirib ki, bu cür əsassız iddialar “psixoloji müharibə”nin bir hissəsidir və Türkiyənin beynəlxalq imicinə, eləcə də böhran dövründəki vasitəçilik roluna zərər vurmaq məqsədi daşıyır.

Sonda vətəndaşlara çağırış edilib ki, yayılan bu cür yalan məlumatlara inanmasınlar və yalnız rəsmi açıqlamalara istinad etsinlər.

Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar