SON XƏBƏRLƏR

Daha bir siyasi məhbus edam ediləcək

2026.04.01, 15:16
Daha bir siyasi məhbus edam ediləcək

Qəzvin şəhərinin Çubindər həbsxanasında saxlanılan siyasi məhbus Mənsur Camalı edama məhkum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Urmulu olan və 2023-cü ilin oktyabr ayında həbs edilən 56 yaşlı Mənsur Camali , İran Xalq Mücahidləri Təşkilatına üzv olmaq və "müharibədə (silahlı üsyan) ittiham olunduğuna görə, barəsində ölüm cəzası çıxarılıb.

İnsan haqları təşkilatları Camali barəsində irəli sürülən ittihamların saxta olduğunu və ondan işgəncə altında etiraf alındığını bildirirlər.

Qeyd edək ki, son iki gün ərzində İranda 4 siyasi məhbus edam edilib, 7 siyasi məhbusun isə edam ediləcəyi gözlənilir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar