SON XƏBƏRLƏR

Müctəba Xameneiyə aid yeni mesaj yayıldı

2026.04.01, 19:55
Müctəba Xameneiyə aid yeni mesaj yayıldı

İran hakimiyyətinin bölgədəki müdaxilə siyasəti bir daha gündəmə gəldi.

Gunaz.tv

"Gunaz TV"nin məlumatına görə, Müctəba Xameneiyə bağlı olduğu bildirilən bir Telegram kanalı onun adına yayılan bir mesaj dərc edib. Mesajda Livanın “Hizbullah” təşkilatının baş katibi Nəim Qasım təriflənir və bu qrupa dəstəyin davam edəcəyi vurğulanır.

Mesajda qeyd olunur: "Bir daha qəti şəkildə bildirirəm ki, İslam Respublikasının dəyişməz siyasəti İsrail və Amerika düşməninə qarşı müqavimətə dəstəyin davam etdirilməsi üzərində qurulub."

İran hakimiyyətinin uzun illərdir bölgədəki silahlı qruplara dəstək verməsi geniş tənqid olunur. Tənqidçilər bildirir ki, bu siyasət xalqın resurslarının xarici qruplara yönəldilməsi və ölkə daxilində problemlərin dərinləşməsi ilə nəticələnib.

Mesajın davamında Nəim Qasıma müraciətlə deyilir: "Siz ki, bu mübarək müqavimətin Livanda ön cəbhəsində olmusunuz, bu gün bu həssas və tarixi məqamda bu hərəkatı idarə edirsiniz. Sizin müdrikliyiniz, zəkânız və cəsarətiniz barədə bilgimə əsasən ümid edirəm ki, İsrail düşməninin planlarını puça çıxaracaq, onları məğlub edəcək və bir daha Livan xalqına sakitlik və qürur hissini yaşadacaqsınız."

Müşahidəçilər hesab edir ki, bu cür açıqlamalar İran hakimiyyətinin bölgədəki təsirini qorumaq üçün apardığı siyasətin davamıdır və bunun yükü birbaşa xalqın üzərinə düşür.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar