SON XƏBƏRLƏR

İran-Əmirliklər gərginliyi fonunda minlərlə insan geri qayıdır

2026.04.01, 22:31
İran-Əmirliklər gərginliyi fonunda minlərlə insan geri qayıdır

Gərginlik səbəbindən minlərlə insan ölkəyə qaytarılıb.

Gunaz.tv

"Gunaz TV"nin məlumatına görə, İranın Dubaydakı konsulluğu bildirib ki, indiyədək 1 262 iranlı Birləşmiş Ərəb Əmirliklərindən Əfqanıstan və Ermənistan istiqamətlərində təşkil olunan xüsusi reyslərlə İrana geri qayıdıb.

Bəyanatda qeyd olunur ki, konsulluq hazırda Əmirliklər rəsmiləri ilə danışıqlar aparır ki, digər şəxslər də dəniz yolu ilə gəmi vasitəsilə və həmçinin xüsusi uçuşlarla bu ölkədən çıxarılsın.

Bu proses İranın Əmirliklərə qarşı hücumlarının davam etdiyi bir vaxtda baş verir. BƏƏ rəsmiləri iranlıların ölkəyə girişini qadağan edib və bir çoxunun yaşayış icazəsini ləğv edib.

Buna cavab olaraq İran rəsmiləri də Əmirlik vətəndaşlarının İranda yaşayış icazələrinin ləğv edildiyini açıqlayıb.

 

GünAzTV
R.G

 

İranlıların bu ölkəyə girişinə qadağa qoyuldu

2026.04.01, 21:25

İranlıların bu ölkəyə girişinə qadağa qoyuldu

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar