SON XƏBƏRLƏR

İranlı hüquq müdafiəçisi həbs edildi

2026.04.03, 15:00
İranlı hüquq müdafiəçisi həbs edildi

İran təhlükəsizlik qüvvələri məşhur hüquq müdafiəçisi və ictimai fəal Nəsrin Sütudəni yenidən həbs ediblər.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Aprelin 2-də Sütudənin mənzilinə hücum edildiyi, axtarış aparıldığı və ona məxsus telefon və komputerlərin müsadirə olunduğu bildirilib.

Hüquq müdafiəçisinin həbs səbəbi və hara aparıldığı barədə məlumat verilməyib.

Bundan əvvəl isə Nəsrin Sütudənin həyat yoldaşı Rza Xəndan da saxlanılıb.

Qeyd edək ki, Nəsrin Sütudə, sonuncu dəfə 2023-cü ilin oktyabr ayında bir neçə ittihamla həbs edilib və daha sonra girov müqabilində azadlığa buraxılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar