SON XƏBƏRLƏR

ABŞ İran diplomatını deportasiya edib

2026.04.04, 10:43
ABŞ İran diplomatını deportasiya edib

ABŞ Birləşmiş Millətlər Təşkilatındakı yüksək vəzifəli İran diplomatı Səadət Ağacanini gizli şəkildə ölkədən qovub.

Gunaz.tv

Bu barədə "Aksios" məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamenti dekabr ayında İran İslam Respublikasının Nyu-Yorkdakı nümayəndəliyinə rəsmi nota göndərərək, İslam Respublikasının səfir müavini Səadət Ağacaninin ölkəni dərhal tərk etməsini istəyib. ABŞ rəsmiləri qərarın səbəbi kimi "milli təhlükəsizlik narahatlıqlarını" göstərsələr də əlavə məlumat verməyiblər.

ABŞ Dövlət Departamentinin rəsmisi "Aksios"-a verdiyi açıqlamada bu məlumatı təsdiqləyib, ancaq əlavə məlumat verməkdən imtina edib:

"Təhlükəsizlik və məxfilik mülahizələri əlavə şərh verməyə imkan vermir".

Qeyd olunub ki, Ağacaninin deportasiyası bir müddət əvvəl baş versə də, məlumat aprelin 2-də ictimailəşdirilib.

Məlumata görə, deportasiya daha geniş bir tendensiyanın bir hissəsidir və son altı ayda Nyu-Yorkdakı ən azı üç İran diplomatı ABŞ tərəfindən deportasiya edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar