SON XƏBƏRLƏR

Rusiya İrana kəşfiyyat dəstəyi verib- Media

2026.04.07, 10:29
Rusiya İrana kəşfiyyat dəstəyi verib- Media

Rusiya kəşfiyyatı İsrail ərazisində yerləşən kritik enerji infrastrukturu obyektlərinin ətraflı siyahısını İrana təqdim edib. Siyahıya 55 obyekt daxil edilib.

Gunaz.tv

Bu barədə “Yerusəlim Post” Ukrayna xüsusi xidmət orqanlarına yaxın mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, bu məlumat Tehrana İsrailin enerji sisteminə dəqiq zərbələr endirmək imkanı verə bilər. Siyahıya daxil edilən obyektlər strateji əhəmiyyətinə görə üç kateqoriyaya bölünüb. Birinci səviyyəyə ən kritik istehsal obyektləri daxil edilib:

“Məhz bu obyektlərin məhv edilməsi milli enerji sistemini iflic edə bilər. Hesabatda konkret olaraq “Orot Rabin” elektrik stansiyası əsas hədəf kimi göstərilib.

İkinci səviyyəli hədəflər iri şəhər və sənaye enerji qovşaqlarıdır. Bu obyektlər əsasən İsrailin mərkəzi hissəsində yerləşir və böyük yaşayış məntəqələrinə xidmət edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar