SON XƏBƏRLƏR

Müctəba Xamənei iş qabiliyyətinin itirib- Media

2026.04.07, 11:43
Müctəba Xamənei iş qabiliyyətinin itirib- Media

İranın yeni ali rəhbəri Müctəba Xamənei iş qabiliyyətini itirib, Qum şəhərində müalicə olunur, bu səbəbdən ölkəni idarə edə bilmir. 

Gunaz.tv

Bunu Londonda çıxan "The Times" qəzeti əldə etdiyi kəşfiyyat məlumatına istinadla yazıb.

Məlumatın ABŞ və İsrailin körfəz müttəfiqləri ilə paylaşdığı kəşfiyyat bilgisinə əsaslandığı deyilir. Məlumata görə, Müctəba atasının, Əli Xaməneinin öldürüldüyü hücumda yaralanıb, ağır və huşsuz vəziyyətdədir.

Xamenəinin yeni ali lider elan olunandan bəri ictimaiyyət qarşısında görünməməsi, yalnız yazılı bəyanatlarının, süni intellektlə hazırlanmış görüntülərin yayılması onun rəhbərliyi ilə bağlı şübhələri artırıb.

Məlumatda o da bildirilir ki, Qumda ata Xaməneinin dəfninə hazırlıqlar gedir. Ailə üzvlərinin də sığa biləcəyi böyük məqbərə planlarının olduğu vurğulanır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar