SON XƏBƏRLƏR

Zəncanın dəmir yolu infrastrukturu vuruldu; körpü dağıdıldı (video)

2026.04.07, 18:15
Zəncanın dəmir yolu infrastrukturu vuruldu; körpü dağıdıldı (video)

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, sosial şəbəkələrdə yayılan məlumatlar və videolar çərşənbə axşamı, 7aprel səhər saatlarında İsrailin Zəncan şəhərində yerləşən Əminabad kəndinin dəmir yolu körpüsünə hava zərbələri endirdiyini göstərir.

Yayılan görüntülərə əsasən, bu dəmir yolu körpüsünün bir hissəsi tamamilə dağıdılıb.

Bu arada İsrail ordusu bir neçə saat əvvəl İranın müxtəlif bölgələrində infrastruktur obyektlərinə qarşı yeni hücum mərhələsini tamamladığını açıqlamışdı.

Bu bəyanatda qeyd olunub ki, hücumlar nəticəsində Kərəc, Kaşan, Təbriz, Tehran və Zəncan şəhərlərində dəmir yolu xətləri dağıdılıb.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar