SON XƏBƏRLƏR

İsrail yeni Xamenei və İranın raket gücü ilə bağlı xəbərdarlıq edib

2026.04.10, 07:42
İsrail yeni Xamenei və İranın raket gücü ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, i24 kanalı İsrailin hərbi rəsmilərinə istinadən bildirib ki, Knessetdə keçirilən məxfi iclasda İran hökumətinin yeni rəhbərliyinin “keçmişdən daha radikal” olduğu və diplomatik məqamları daha az nəzərə aldığı qiymətləndirilib.

Bu qiymətləndirməyə əsasən, İsrail ordusu son əməliyyatlarda raket sistemləri və buraxılış infrastrukturuna zərbələr endirərək “çox ciddi hərbi nailiyyətlər” əldə etsə də, İran hökuməti sürətlə öz hərbi imkanlarını bərpa edir və raket istehsalını yenidən başladır.

Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Boaz Bismut bu iclasdan sonra bildirib ki, yaxın günlərdə toqquşmaların yenidən başlaması ehtimalı var və mövcud vəziyyət sadəcə “müvəqqəti mərhələ”dir.

Digər tərəfdən, Müctəba Xamenei yaydığı mesajda İran hökumətinin müharibə istəmədiyini, lakin “öz hüquqlarından geri çəkilməyəcəyini” bildirib və silahlı qüvvələrin müharibəni “böyük qələbəyə” çevirdiyini iddia edib.

Eyni zamanda, Səid Xətibzadə bildirib ki, Tehran Pakistanın vasitəçiliyi ilə atəşkəsin pozulmasına cavab verməkdən imtina edib və qarşıdakı saatlar “çox həssas” olacaq.

İsrailli rəsmilər həmçinin İran hökumətində yeni güc strukturunda Sepahın təsirinin artmasını gərginliyin daha da yüksəlməsinə səbəb olan amil kimi qiymətləndiriblər.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar