SON XƏBƏRLƏR

Amerika Yaxın yeni Şərqə qüvvələt toplayır

2026.04.11, 09:29
Amerika Yaxın yeni Şərqə qüvvələt toplayır

Pakistanda İranla danışıqlara hazırlıq görüldüyü bir vaxtda ABŞ potensial əməliyyatlar üçün Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməyə davam edir.

Gunaz.tv

Bu barədə “Voll Strit Jurnal”ı amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, son vaxtlar bölgəyə yeni qırıcı və hücum təyyarələri göndərilib. Bundan əlavə, ABŞ ordusunun elit 82-ci Hava-Desant Diviziyası tərkibindən 1500–2000 arası hərbçinin yaxın günlərdə bölgəyə çatdırılması gözlənilir.

“USS George H.W. Bush” təyyarədaşıyan gəmisi və onu müşayiət edən hərbi gəmilər martın sonlarında Virciniya ştatındakı Norfolk Hərbi Dəniz Bazasından yola düşərək hazırda Atlantik okeanındadır. 11-ci Dəniz Ekspedisiya Bölməsini daşıyan “USS Boxer” isə martın ortalarında Kaliforniyadan çıxaraq hazırda Sakit okeandadır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar