SON XƏBƏRLƏR

Daha bir sosial media fəalı İsraillə əməkdaşlıqda ittiham olundu

2026.04.11, 10:49
Daha bir sosial media fəalı İsraillə əməkdaşlıqda ittiham olundu

Məşhəd şəhərində yaşayan Azər Yahu adlı sosial media fəalı "İsraillə əməkdaşlıq"da günahlandırılıb. 

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Ona qarşı ittihamın sosial mediadakı paylaşımlarına görə irəli sürüldüyü bildirilib.

Bununla yanaşı gənc qadın İran rəhbəri Əli Xaməneinin öldürülməsi ilə bağlı paylaşımının da onun cinayət işinə əlavə edildiyi qeyd olunub.

İnsan haqları müdafiəçiləri, "İsraillə əməkdaşlıq" ittihamının əksər hallarda edam cəzası ilə nəticələndiyinə görə, Azər Yahunun həyatının təhlükədə olduğu barədə xəbərdarlıq ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar