SON XƏBƏRLƏR

Antalyada 4 tərəfli görüş: İran müharibəsinin qarşısını almaq üçün diplomatik addım

2026.04.17, 12:15
Antalyada 4 tərəfli görüş: İran müharibəsinin qarşısını almaq üçün diplomatik addım

Gunaz.tv

“Günaz TV”nin məlumatına görə, Türkiyə cümə günü, 17 Aprel tarixində Pakistan, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin iştirakı ilə “Antalya Diplomatiya Forumu” çərçivəsində üç günlük görüşə ev sahibliyi edəcək; görüş İran müharibəsini dayandırmaq üçün diplomatik səylər çərçivəsində keçirilir və Rəcəb Tayyib Ərdoğanın çıxışı ilə başlayacaq.

Məlumata əsasən, İran müharibəsi və Hörmüz boğazının bağlanması bu görüşün əsas müzakirə mövzuları olacaq.

Pakistan İslamabadda İran və ABŞ arasında danışıqlara ev sahibliyi etməklə özünü regional vasitəçi kimi təqdim etməyə çalışıb, lakin bu rol onun Əfqanıstan və Hindistan kimi qonşularla gərgin münasibətlərinə görə bəzi ekspertlər və siyasi müşahidəçilər tərəfindən şübhə altına alınıb.

Ərdoğan son çıxışında vurğulayıb: “Yumruq sıxaraq danışıqlar aparmaq mümkün deyil” və əlavə edib ki, atəşkəsin yaratdığı fürsətdən istifadə edərək danışıqlar davam etdirilməli və toqquşmaların yenidən başlamasının qarşısı alınmalıdır.

Eyni zamanda, Ağ Ev bildirib ki, İranla növbəti danışıqların “böyük ehtimalla” İslamabadda keçirilməsi planlaşdırılır və Donald Tramp da qeyd edib ki, razılaşma əldə olunarsa, onun imzalanması üçün bu şəhərə gedə bilər.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar