SON XƏBƏRLƏR

Antalyada İran–ABŞ dolayı danışıqlarının mümkünlüyü gündəmdə

2026.04.17, 13:11
Antalyada İran–ABŞ dolayı danışıqlarının mümkünlüyü gündəmdə

Gunaz.tv

“Günaz TV”nin məlumatına görə, İranın xarici işlər nazirinin müavini və Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Səid Xətibzadə bu gün, 17 aprel tarixində  “Antalya Diplomatiya Forumu”nda rəsmi nümayəndə kimi iştirak edib; bu iştirak qlobal tədbirin açılışı ilə eyni vaxta və regionda diplomatik fəallığın artdığı dövrə təsadüf edir.

Məlumata əsasən, Xətibzadə forum çərçivəsində panellərdə, yan görüşlərdə və diplomatik müzakirələrdə iştirak edir; forum “qlobal qeyri-müəyyənliklərin idarə olunması” mövzusu ilə keçirilir və əsas diqqət Yaxın Şərq, Ərəb körfəzi və İran, ABŞ və İsrail arasında son qarşıdurmaların nəticələrinə yönəlib.

Eyni zamanda, Türkiyə mediası Ankaranın bu forumdan İran və ABŞ arasında dolayı danışıqların davamı üçün platforma kimi istifadə etməyə çalışdığını bildirib; bu çərçivədə Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin iştirakı ilə dördtərəfli görüş də planlaşdırılır və İran tərəfinin iştirakı bu prosesin həssas məqamlarından biri hesab olunur.

Xətibzadənin ikitərəfli görüşləri ilə bağlı konkret məlumatlar hələ açıqlanmasa da, əvvəlki təcrübəyə əsasən onun Türkiyə rəsmiləri, ərəb ölkələrinin nümayəndələri və beynəlxalq təşkilatlarla regional sabitlik, Fələstin böhranı və xüsusilə Hörmüz boğazında enerji təhlükəsizliyi məsələləri üzrə müzakirələr aparacağı gözlənilir.

İran bu platforma vasitəsilə beynəlxalq təzyiqləri yumşaltmaq və danışıqları irəli aparmaq məqsədi güdür; bu cəhd isə regiondakı gərginliklər və Tehranın sabitliyi pozan siyasətləri fonunda mübahisəli olaraq qiymətləndirilir.


Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar