SON XƏBƏRLƏR

Çin İranın zənginləşdirilmiş uranını təhvil almağa hazırdır- Media

2026.04.18, 13:23
Çin İranın zənginləşdirilmiş uranını təhvil almağa hazırdır- Media

Çin İslam Respublikasının yüksək zənginləşdirilmiş uranının bir hissəsini götürməyə və ya durulaşdırmağa hazır olduğunu bildirib. 

Gunaz.tv

Bu barədə Associated Press agentliyi məlumat yayıb,

Çinin bu təklifi, ABŞ prezidenti Donald Trampın müharibənin sona çatması üçün əldə edilən razılaşmanın bir hissəsi olaraq uranın İrandan çıxarılmalı olduğunu bildirməsindən sonraya təsadüf edir.

Məsələ ilə tanış olan diplomatik mənbə Associated Press agentliyinə bildirib ki, Vaşinqton və Tehran tələb edərsə, Pekin məsələni nəzərdən keçirməyə hazırdır.

Mənbə əlavə edib ki, Tramp indi ABŞ-ın iyun ayında ABŞ-ın bombardmanı nəticəsində zədələnmiş nüvə obyektlərinin altında basdırıldığı deyilən materialı öz nəzarətinə götürməsini istəyir.

Adı açıqlanmayan mənbənin sözlərinə görə, Çin həmçinin uranı mülki məqsədlər üçün istifadə edilə bilən səviyyəyə endirə bilər. 

Qeyd edək ki, İslam Respublikası əvvəllər nüvə razılaşmasının bir hissəsi olaraq 2015-ci ildə Rusiyaya təxminən 11.000 kiloqram aşağı zənginləşdirilmiş uran ötürmüşdü.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar