SON XƏBƏRLƏR

İranda daha 127 nəfər həbs edildi

2026.04.18, 14:06
İranda daha 127 nəfər həbs edildi

Şərqi Azərbaycan, Mazandaran və Kirman əyalətlərində daha 127 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə SEPAH-ın Təhlükəsizlik və Kəşfiyyat Bölməsi məlumat yayıb.

Saxlanılanların media fəalları, bəhailər, müxalifət təşkilatları və casusluq qrupları ilə əlaqəli olduqları iddia edilib.

Bununla yanaşı həmin şəxslərin "xarici hökumətlərlə əlaqəli şəbəkələr"lə də əlaqəli şəkildə fəaliyyət göstərdikləri bildirilib.

SEPAH-ın iddiasına görə, həbs edilənlərin bir neçəsi "Amerika və İsrail casusluq şəbəkələrinə bağlı olmaq"da günahlandırılıb.

Onların kimliyi və harada saxlanıldıqları barədə məlumat verilməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar