SON XƏBƏRLƏR

ABŞ-ın yük təyyarələri Pakistana endi

2026.04.20, 11:42
ABŞ-ın yük təyyarələri Pakistana endi

ABŞ təhlükəsizlik avadanlıqları İslamabada gətirildi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; Reuters xəbər verir ki, ABŞ-a məxsus iki nəhəng yük təyyarəsinin Pakistana enməsi Tehran ilə Vaşinqton arasında yeni danışıqlar mərhələsinə hazırlıq kimi qiymətləndirilir.

Pakistanlı iki təhlükəsizlik mənbəsinin bildirdiyinə görə; bu yük təyyarələri bazar günü günortadan sonra ölkədəki hərbi hava bazasına enib və ABŞ nümayəndə heyətinin qəbuluna hazırlıq üçün təhlükəsizlik avadanlıqları və nəqliyyat vasitələri gətirib.

Bu hərəkətlər fonunda Pakistanın paytaxtı İslamabadda şəhər rəhbərliyi ictimai nəqliyyatı və ağır nəqliyyat vasitələrinin hərəkətini dayandırıb.

Eyni zamanda, əvvəlki danışıqların keçirildiyi “Serena” hotelinin ətrafında tikanlı məftillər quraşdırılıb və təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib.

Məlumata görə; hotel rəhbərliyi bütün qonaqlardan binanı tərk etməyi tələb edib ki, bu da yeni danışıqlara tam hazırlıq görüldüyünü göstərir.

Reuters bu inkişafları İslamabadın İran və ABŞ arasında yeni danışıqlara ev sahibliyi etməyə hazırlaşmasının tərkib hissəsi kimi qiymətləndirir.

 

Günaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar