SON XƏBƏRLƏR

İbrahim Asimani 600 milyon tümən girov ödədikdən sonra müvəqqəti olaraq həbsdən azad edilib

2026.04.21, 11:19
İbrahim Asimani 600 milyon tümən girov ödədikdən sonra müvəqqəti olaraq həbsdən azad edilib

Azərbaycanlı fəal İbrahim Asimani (Azəroğlu) 600 milyon tümən girov ödədikdən sonra, məhkəmənin sonuna qədər, Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq azad edilib.

Gunaz.tv

3 dekabr 2025-cü ildə, İbrahim Asimani İran Kəşfiyyat Nazirliyi ilə əlaqəli qüvvələr tərəfindən xüsusi məhkəmə orderi təqdim edilmədən həbs edilmiş və təxminən üç həftədən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Bu həbs zamanı təhlükəsizlik işçiləri vətəndaş fəalının mobil telefonunu, bir sıra kitablarını və bəzi şəxsi əşyalarını müsadirə etmişdilər.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar