SON XƏBƏRLƏR

ABŞ bir iranlını təqibə aldı

2026.04.24, 21:30
ABŞ bir iranlını təqibə aldı

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi bir İran vətəndaşının “qanunsuz miqrant qaçaqmalçılığı” ittihamı ilə cinayət təqibinə məruz qaldığını açıqlayıb.

Məlumata əsasən, bu şəxs Kolumbiyada istintaq orqanları ilə əməkdaşlıq çərçivəsində saxlanılıb və işinə baxılması üçün ABŞ-a təhvil veriləcək.

Nazirliyin bəyanatında qeyd olunur: “Sərhəd təhlükəsizliyinin təmin edilməsi və miqrant qaçaqmalçılığı ilə mübarizə Ədliyyə Nazirliyinin əsas prioritetlərindəndir”.

ABŞ-ın baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanche bildirib ki, təqsirləndirilən şəxs çoxsaylı qanunsuz miqrantı ABŞ-a daşıyıb və miqrasiya qanunlarından sui-istifadə edərək ölkəyə daxil olan şəxslərin yoxlanılması və qiymətləndirilməsi prosesinə mane olub.

Hadisə ilə bağlı şəxsin kimliyi və işin digər detalları hələlik açıqlanmayıb.

 

GünAzTV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar