SON XƏBƏRLƏR

Həmədanda 41 nəfərə ağır cəza verildi

2026.04.25, 13:36
Həmədanda 41 nəfərə ağır cəza verildi

Həmədan əyalətində müharibə ilə əlaqədar həbs edilən 41 barəsində ağır cəza hökmləri verilib.

Gunaz.tv

Bu barədə Həmədan əyalətinin ictimai və inqilab prokuroru Abbas Nəcəfi bildirib.

Saxlanılanları "muzdlu" və "düşmən ünsür"ləri adlandıran prokror onların bir neçəsi barədə edam qərarı çıxarldığını bildirib:

"41 düşmən muzdlusuna qarşı cinayət işi açılıb və onlara əmlak müsadirəsi, həbs və edam cəzası da daxil olmaqla ağır cəzalar verilib".

Onun iddiasına görə, bu şəxslərin bir qismi xarici ölkələrdə yaşayır və casusluq xidmətlərinə qulluq etmək üçün rejimə qarşı təbliğat aparırıblar. 

Nəcəfi, həmin şəxslərin aktivlərinin müəyyən edilərək müsadirə edildiyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar