SON XƏBƏRLƏR

Ağ Evdə baş verən atışmaya İlham Əliyevdən reaksiya

2026.04.26, 14:43
Ağ Evdə baş verən atışmaya İlham Əliyevdən reaksiya

Gunaz.tv

Vaşinqtonda Ağ Ev müxbirlər assosiasiyasının şam ziyafəti zamanı baş verən atışma hadisəsi məni dərindən sarsıtdı.

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sosial şəbəkə “X” hesabında paylaşım edib.

Prezident mesajında bildirib: “Vaşinqtonda, Ağ Ev müxbirlərinin şam ziyafəti zamanı baş verən atışma məni dərindən narahat etdi. Bu cür zorakılıq halları qəbuledilməzdir və qətiyyətlə pislənməlidir. Prezident Trampın, birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram.”

Qeyd edək ki, Vaşinqtonda Ağ Ev müxbirlər assosiasiyasının şam ziyafəti zamanı atəş səsləri eşidilib və Donald Trump, birinci xanım Melania Trump, vitse-prezident JD Vance və Ağ Evin sözçüsü dərhal təxliyə olunublar.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar