SON XƏBƏRLƏR

Pezeşkian Əraqçının istefasını tələb edib - İddia

2026.05.01, 11:09
Pezeşkian Əraqçının istefasını tələb edib - İddia

İranda yüksək səviyyədə siyasi böhran yaşandığı iddia olunur.

Gunaz.tv

Bu barədə xaricdə fəaliyyət göstərən bəzi farsdilli media qurumları daxili mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ölkə prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Baqir Qalibaf xarici işlər naziri Abbas Əraqçının istefasını tələb edir.

İddialara əsasən, Əraqçı ABŞ-la aparılan danışıqlarda siyasi rəhbərliyə tam məlumat vermədən hərəkət edib və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Əhməd Vahidinin təlimatları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərib.

Mənbələrin bildirdiyinə görə, son iki həftə ərzində xarici işlər naziri prezidentə məlumat vermədən addımlar atıb. Bu vəziyyətin Məsud Pezeşkianı ciddi şəkildə narazı saldığı qeyd olunur.

İddialara görə, prezident yaxın çevrəsinə bildirib ki, bu cür hallar davam edərsə, Abbas Əraqçı vəzifəsindən uzaqlaşdırıla bilər.

Məsələ ilə bağlı rəsmi Tehran tərəfindən hələlik açıqlama verilməyib. Hadisə ölkə daxilində siyasi balans və qərarvermə mexanizmləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar