SON XƏBƏRLƏR

Çin və Rusiya müharibədən faydalandılar- Yusif Pezeşkian

2026.05.02, 16:00
Çin və Rusiya müharibədən faydalandılar- Yusif Pezeşkian

Çin, Rusiya və İsrail İranla baş verən son müharibədən faydalandılar, ərəb ölkələri zərər etdi və ABŞ-nin beynəlxalq imici zədələndi.

Gunaz.tv

Bunu İran prezidenti Məsud Pezeşkianın oğlu və müşaviri Yusif Pezeşkian deyib.

"İslam Respublikası infrastruktur ziyanına və ən yaxşı qüvvələrinin öldürülməsinə görə iqtisadi cəhətdən zərər çəksə də, nüfuz və qlobal mövqe baxımından faydalanıb",- o bildirib.

O, mövcud vəziyyət haqqında da yazıb və daha çətin şərayitə hazırlığın vacibliyini qeyd edib: 

“Ən pis ssenariyə hazırlaşmalıyıq. Yəni, əlverişsiz şəraitlə qarşılaşsaq nə edəcəyimizi planlaşdırmalıyıq. İndi artıq pis hadisələr baş versə də təəccüblənmərik, bu, üstünlükdür”.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar