SON XƏBƏRLƏR

Vaşinqton İsrail, Qətər və Küveytə də milyardlıq silah göndərir

2026.05.03, 14:01
Vaşinqton İsrail, Qətər və Küveytə də milyardlıq silah göndərir

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə: ABŞ Dövlət Departamenti ayrı-ayrı bəyanatlarda İsrail, Qətər və Küveytə milyardlarla dollar dəyərində silah paketinin satışını təsdiqlədiyini açıqlayıb.

Amerika mediası, o cümlədən CNN və The New York Times bu silah paketinin dəyərini 8 milyard dollardan çox qiymətləndirir. Paketə Küveyt və Qətər üçün hava hücumundan müdafiə sistemləri, həmçinin Qətər və İsrail üçün lazerlə idarə olunan raketlər daxildir.
Qətərə satılan silahlar arasında “Patriot” raket sistemləri də yer alır.

Bəyanatların hər birində qeyd olunur ki, ABŞ Dövlət katibi Marko Rubio “təcili vəziyyətin mövcud olduğunu müəyyən edib və bu silahların dərhal satışı üçün əsaslandırılmış səbəblər təqdim edib”. CNN-in məlumatına görə, bu qərarla ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərinə silah satışı Konqresin təsdiqi olmadan həyata keçirilir.

CNN bildirir ki, bu, İranla müharibənin başlanmasından bəri hökumətin “təcili vəziyyət” bəhanəsi ilə Konqresin nəzarət mexanizmini kənara qoyduğu ilk hal deyil.

Mart ayının əvvəlində ABŞ Dövlət Departamenti təcili vəziyyət elan edərək İsrailə dərhal 12 min bomba satmışdı. Daha sonra Rubio yenidən fövqəladə vəziyyət elan edərək BƏƏ və Küveytə milyardlarla dollarlıq silah satışını, həmçinin İordaniyaya hava dəstəyi və sursat göndərilməsini sürətləndirmişdi.

ABŞ və İsrailin ötən ilin 9 mart tarixində başladığı hücumlardan sonra İran genişmiqyaslı şəkildə İsrailə və ABŞ bazalarının yerləşdiyi bəzi Yaxın Şərq ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirmişdi.

 

GünAzTV
R.G

Vaşinqton BƏƏ-yə qabaqcıl silah göndərir

2026.05.03, 08:36

Vaşinqton BƏƏ-yə qabaqcıl silah göndərir

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar