SON XƏBƏRLƏR

İsraildə İrana casusluq edən 4 nəfər həbs edilib

2026.05.08, 14:43
İsraildə İrana casusluq edən 4 nəfər həbs edilib

İsraildə İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən 4 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə İsrail polisi, Daxili Təhlükəsizlik Xidməti və ordu birgə məlumat yayıb.

Bildirilib ki, İran kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinənlərdən üçü əsgər, bir nəfər isə mülki şəxsdir.

Məlumata görə, əsgərlər hələ hərbi xidmətdən əvvəl, yeniyetmə yaşlarında İran kəşfiyyatı ilə əlaqədə olublar və casusluq əməliyyatlarında iştirak ediblər.

İsrail Hərbi Hava Qüvvələrinin texniki məktəbində təlim keçən əsgərlər sözügedən obyektin və ətrafının fotolarını çəkib İrana göndəriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar