SON XƏBƏRLƏR

Zəncanda Azərbaycanlı fəal Leyla Cəfərliyin taleyindən xəbər yoxdur

2026.05.08, 21:30
Zəncanda Azərbaycanlı fəal Leyla Cəfərliyin taleyindən xəbər yoxdur

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, Güney Azərbaycandan olan fəal Leyla Cəfərlinin saxlanılmasından 13 gün keçməsinə baxmayaraq, onun harada saxlanıldığı və hansı səbəblə həbs edildiyi barədə hələ də dəqiq məlumat verilmir.

35 yaşlı Zəncan sakini Leyla Cəfərli 5 ordibehişt 1405-ci ildə (25 aprel 2026) təhlükəsizlik qüvvələri tərəfindən Zəncan şəhərində saxlanılıb və naməlum yerə aparılıb.

Ailəsinin onun sağlamlıq vəziyyəti və yeni ittihamlarla bağlı apardığı bütün müraciətlərin nəticəsiz qaldığı bildirilir.

Leyla Cəfərli daha əvvəl də 1401-ci il etirazları zamanı həbs edilmişdi. O, 40 gün təkadamlıq kamerada saxlanıldıqdan sonra 500 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.

İran məhkəməsi həmin iş üzrə onu “rejim əleyhinə təbliğat” və “məxfi sənədləri yaymaq” ittihamları ilə 3 il həbs cəzasına məhkum etmişdi. Hökm isə 5 il müddətinə şərti olaraq təxirə salınmışdı.

Son aylarda Güney Azərbaycanda türk fəallara qarşı təzyiqlərin və təhlükəsizlik orqanlarının basqılarının artdığı bildirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar