SON XƏBƏRLƏR

BMT qlobal aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

2026.05.11, 22:50
BMT qlobal aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

Hörmüz boğazı üzərindən kimyəvi gübrələrin daşınmasındakı problemlər dünyanı aclıq böhranı ilə üz-üzə qoya bilər.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, BMT rəsmisi bildirib ki, Hörmüz boğazında kimyəvi gübrələrin daşınmasının davamlı şəkildə pozulması “geniş humanitar böhran” və yeni aclıq dalğasına səbəb ola bilər.

Jorge Moreira da Silva, BMT-nin humanitar böhranlarla mübarizə üzrə xüsusi missiyasının rəhbəri deyib ki, mövcud vəziyyət davam edərsə, “on milyonlarla insan” aclıq və qıtlıq təhlükəsi ilə qarşılaşacaq.

O, Agence France-Presse ilə söhbətində vurğulayıb:

“Geniş humanitar böhranın qarşısını almaq üçün cəmi bir neçə həftə vaxtımız qalıb.”

BMT rəsmisinin sözlərinə görə, ammonyak, kükürd və karbamid kimi kimyəvi gübrə istehsalında istifadə olunan xammalın daşınmasının dayanması dünyada daha 45 milyon insanı aclıq riski ilə üzləşdirə bilər.

Bu xüsusi BMT missiyası ABŞ və İsrailin İranla müharibəsinin başlamasından sonra yaradılıb və məqsədi Hörmüz boğazı vasitəsilə gübrə və əlaqəli xammalın daşınması üçün mexanizm formalaşdırmaqdır.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar