SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın qadın həndbol komandası Premyer Liqaya yüksəldi

2026.05.13, 15:39
Şərqi Azərbaycanın qadın həndbol komandası Premyer Liqaya yüksəldi

Təbrizin "Müqaveməte Şəhrdari" qadın həndbol komandası Birinci Divizion Liqasının ikinci turunun son matçında "Qədir Məlayer" üzərində 36-35 hesablı qələbə qazanaraq birbaşa Premyer Liqaya yüksəlib. 

Gunaz.tv

Bu barədə idman mediası məlumat yayıb.

Bildirilib ki, Kirman şəhərində keçirilən oyunda təbrizli qızlar son dəqiqələrdə parlaq oyun nümayiş etdirərək rəqibi məğlub etdilər.

Bu, Şərqi Azərbaycan Qadın Həndbol Komandasının Premyer Liqaya ilk yüksəlişidir.

Komandanın baş məşqçisi Əkrəm Hüseyni komandanın Premyer Liqada da qələbə qazanmağa hazır olduğunu deyib:

"Bu qələbə qızlarımızın əzmkar səylərinin və yüksək əhval-ruhiyyəsinin nəticəsidir. Təbriz qızlarının Premyer Liqada qələbə qazanmasını gözləyirik".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar